Almaniyanın II Bundesliqasında XXXII turun oyunları keçirilir.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" evdə "Paderborn"la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:8 hesablı məğlubiyyəti ilə baş çatıb.
Aue təmsilçisinin heyətində hər 3 qolu Nazarov vurub. O, 1, 4 və 55-ci dəqiqələrdə fərqlənib. 31 yaşlı yarımmüdafiəçi 77-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu nəticədən sonra "Ertsgebirge" 41 xalla 11-ci pillədə qalıb. Xallarını 46-ya çatdıran "Paderborn" isə 8-ci pilləyə yüksəlib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol