Ukrayna Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən komanda 26-cı tur çərçivəsində səfərdə "Zarya” ilə qarşılaşıb. "Aleksandriya” bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Pavelin adı matçın protokoluna salınmayıb.
"Aleksandriya” 26 oyuna topladığı 29 xalla 14 kollektiv arasında 9-cu olub.
Paşayev geridə qalan mövsümdə Premyer Liqada 20 oyuna çıxıb, 9 sarı vərəqə alıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol