İspaniya Sequndasında 39-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də növbəti matçına çıxıb.
Eddinin komandası səfərdə "Almeriya” ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
İsrafilovun adı qarşılaşmanın iştirak ərizəsinə də salınmayıb.
"Albasete” 39 oyuna topladığı 37 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol