Məşhur ukraynalı MMA döyüşçüsü Yeqor Birkun ölkəsində davam edən müharibədə həyatını itirib.
Fanat.Az xəbər verir ki, idmançı Mariupol şəhərinin müdafiəsi zamanı öldürülüb.
Bu haqda Ukrayna Qarışıq Döyüş Sənəti Federasiyasının rəsmi "Facebook" səhifəsində paylaşım edilib.
O, dünən "Azov" alayının tərkibində Mariupolun müdafiəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Əslində, Birkun dünən Ukrayna millisinin heyətində dünya çempionatında çıxış etməli idi. Lakin Rusiyanın hərbi müdaxiləsi ilə əlaqədar planlar alt-üst olub.