Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub.
Federasiyadan Fanat.Az-a verilən məlumata görə, turun sonuncu oyunu Astara Olimpiya İdman Kompleksində gerçəkləşib.
"Zirvə Astara" doğma azarkeşlər önündə paytaxt təmsilçisi NTD-ni qəbul edib. Qarşılaşma Bakı komandasının 92:81 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, XI turun matçları 21, 24 və 25 dekabrda baş tutacaq.