Azərbaycanın qadınlardan ibarət şahmat yığmasının lideri Günay Məmmədzadə bu gün Çinin Sian şəhərində “The Belt and Road 2023 to World Chess Woman’s Summit” turnirində mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, yarış sürətli formatda dairəvi sistem üzrə keçiriləcək. Turnirdə ümumilikdə 12 şahmatçı çıxış edəcək.
Yarışda Məmmədzadə ilə yanaşı, Bela Xotenaşvili (Gürcüstan), Antuanetta Stefanova (Bolqarıstan), Bibisara Assaubayeva (Qazaxıstan), Marsel Efroimski (İsrail), Monika Soçko (Polşa), Qi Quo, Ni Şiqun, Jao Mo, Ninq Kayu, Xiao Yu, Li Xueyi (hamısı Çin) mübarizə aparacaq.
Turnirə yanvarın 8-də yekun vurulacaq.