Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada təşkil olunan "Staufer-Open" turnirinin qalibi olub.
Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster sonuncu turda ev sahibi Lev Yankeleviçə qalib gəlib.
Beləliklə, 7 xal toplayan Səfərli əlavə göstəricilərə dörd rəqibini qabaqlayıb.
Qeyd edək ki, yarışda ümumilikdə 200 şahmatçı iştirak edib.