Basketbol üzrə Azərbaycan kubokunun oyunlarının tarixləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, kubok oyunları martın 21-26-da “Sərhədçi” İdman Kompleksində keçiriləcək.
Kubokda 8 komanda iki qrupda mübarizə aparacaq
Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər. Final martın 26-da baş tutacaq.
Turnirin püşkatma mərasimi fevralın 21-də keçiriləcək.