Rumıniyanın paytaxtı Buxarestdə U-23 Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün qadın güləşçilər mübarizəyə qoşulacaq. İlk olaraq Azərbaycanın üç güləşçisi yarışda qüvvəsini sınayacaq.
50 kq
Təsnifat mərhələsi
Şəhanə Nəzərova - Mariya Leorda (Moldova)
55 kq
Təsnifat mərhələsi
Elnurə Məmmədova - Angelika Mitkovska (Polşa)
Təsnifat mərhələsi
Nigar Mirzəzadə - Suzanna Molnar (Slovakiya)
Bu gün həmçinin üç yunan-Roma güləşçimiz - Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (87 kq) final görüşünə çıxacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçisi Xasay Həsənli (77 kq) gümüş medal qazanıb. Avropa çempionatına martın 19-da yekun vurulacaq.