Göygöldə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmə cüdoçular arasında Avropa Kubokuna bu gün start verilib.
Fanat.Az xəbər verir ki, turnirin ilk günündə qızların yarışında 40 kq, 44 kq, 48 kq və 52 kq, oğlanlarda isə 50 kq, 55 kq, 60 kq və 66 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, iki gün ərzində 18 ölkədən 268 cüdoçu medallar uğrunda mübarizə aparacaq.