00:15 06.08.2023 448

“Hər zaman ədaləti qoruyub-saxlamağa çalışırıq” - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 1-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Əlbəttə, “Qarabağ”la ilk oyunda səfərdə qarşılaşmaq istəməzdik. Amma düşündüyümüzün əksinə, bu dəfə uğurlu alındı. Birinci hissədə daha inamlı idik. Bizim hesabı açmağımızdan sonra “Qarabağ”da dəyişikliklər oldu, rəqib hücuma atıldı. Daha çox mübarizə aparıb, əks-hücumda rəqibi gözləyirdik. Narahatlıq var idi ki, 70-ci dəqiqədən sonra çatdırmarıq. 4-5 turdan sonra ideal fiziki formada olacağıq. Oyunçularım bu gün xarakter göstərdilər”.

O, “Zirə”nin “Qarabağ” üzərində qazandığı ilk qələbəsinin xüsusi hisslər yaratdığını söyləyib: “Xüsusi hiss var, amma qarışıqdır. “Qarabağ”a qarşı oyunlarda həmişə qəribə hisslər olur. Uzun illər “Qarabağ”da oynamışam. Təbii ki, bu komandaya qarşı oyunlar mənim üçün həssas olur. Aşırı şəkildə sevinc yoxdur. Biz yaxınıq, münasibətlərimiz hamıya bəllidir. Amma hər zaman ədaləti qoruyub-saxlamağa çalışırıq”.

Baş məşqçinin sözlərinə görə, transfer çalışmalarını davam etdirirlər: “1-2 oyunçu gətirmək istəyirik. Hazırda bir neçəsi ilə danışırıq. Ancaq irəliləyiş yoxdur. Alınmasa belə, bu heyətlə davam edəcəyik. Komandadan razıyam, sadəcə, heyəti genişləndirmək istəyirik. Toplanış zamanı iki hücumameyilli oyunçu zədələndi. Rəhim Sadıxov da zədələnib. Onu daha çox sol cinahda oynadacağıq. Eldar Quliyevə o mövqedə şans verdik. Hücum xəttində oyunçuya ehtiyac var”.

Rəşad Sadıqov yayda “Qəbələ”dən keçən braziliyalı müdafiəçi Ruan Renato barədə xoş sözlər işlədib: “Ruanın liderlik keyfiyyətini görürdüm. Bu, 100 futbolçudan birində olur. Ruan məşqdə, oyunda futbolçuları motivasiya etməyi bacarır. Bu da effektini göstərir”.

“Zirə”nin baş məşqçisi gərgin mövsüm gözlədiyini sözlərinə əlavə edib: “Hamımız düşünürük ki, son illərin ən gərgin mövsümü olacaq. İlk turlar da bunu göstərir. Məncə, hamı üçün maraqlı olacaq. İstərdim ki, proseslər ədalətli şəkildə getsin. Hakimlərin boynuna böyük yük düşəcək. Gərginliyi yatızdırıb, oyunu ədalətli idarə etməlidirlər. İşləri asan olmayacaq”.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 May 2024
19:31

MPL: "Zirə" "Qarabağ"a qarşı - YENİLƏNİR 

18:45

A Seriyasında ayrılıq qərarı - "Sona 3 tur qalmış başa düşdüm"

17:55

Azərbaycan cüdoçuları Polşada bürünc medal qazanıblar

17:28

Rahil Məmmədov oynadı,  komandası...

17:00

"Neftçi" ilə matça çox vacib oyunçular olmadan çıxmışdıq" - "Kəpəz"in qapıçısı

16:11

İtaliyada ayın ən yaxşısı bilindi

15:30

"Hakimlər qələbəmizi əlimizdən aldılar" - Rüstəm Məmmədov

14:58

"Fənərbağça"nın qoleadoru tarixə düşəcək - Bu təklifə "hə" desə

14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

14:01

"Panathinaikos" Fateh Terimi göndərib bu türk məşqçini gətirir

13:32

Ozan Can mövsümü qolla başa vurdu

13:00

Həbib Nurməhəmmədovun 300 milyon borcu üzə çıxdı

12:25

Polşalı hakim AÇ-nin açılış oyunundan uzaqlaşdırıldı - ÇL-dəki səhvə görə

11:56

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq

11:22

İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi bilindi

11:09

Konfrans Liqasının finalı Macarıstanda keçirilə bilər - SON DURUM 

10:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:21

"Real" üçün bu oyunda çempionluq dəhlizi açılacaq, amma... 

09:56

Azərbaycan taekvondoçusu AÇ-də bürünc medal qazandı

09:00

Mbappe PSJ-dən gedişini şəxsən elan etdi

10 May 2024
22:10

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

21:45

Adil Şükürov "Neftçi"yə məğlubiyyəti şərh etdi

20:52

MPL: "Neftçi" "Kəpəz"ə rəhm etmədi 

20:28

"Amma bu, "Real"dır axı" - Tyerri Anri

19:42

"Real Madrid" Çempionlar Liqasını qazansa, "Borussiya"ya pul ödəyəcək

19:25

Mate Kvirkviya mükafatlandırıldı

19:00

"Barselona" bu iki oyunçu arasında seçim edəcək

18:20

Mourinyu peşmandır: "Belə fürsət olsa, qaçırmayacam"

17:50

Niderlandlı vinger Fransa nəhənginə qayıtmaq istəmir

17:31

"Çelsi" Osimhenin transferindən imtina etdi - SON DURUM

17:10

Elvin Avropa çempionu oldu

16:51

"Təəssüf ki, avtoqol bizi cəzalandırdı" - Leandro Paredes

16:33

Lunyov Rusiya mətbuatına açıqlama verdi - "Hər şeyin öz vaxtı var"

16:15

"Finalda onlara azarkeşlik edəcəm" -  Yürgen Klopp

15:58

"Təəccübləndiyimi deyə bilmərəm, amma..." - Andrey Lunyov

15:39

Rəşad Sadıqov 3 futbolçusunu "Qarabağ"a qarşı oynada bilməyəcək

15:21

AFFA Budaq Nəsirovu diskvalifikasiya etdi

15:04

"Böyük Dəbilqə": Azərbaycanın dörd cüdoçusu "bürünc" görüşünə çıxacaq

14:48

"Mənim uşaqlarım trebli haqq edirlər" - Xabi Alonso

14:31

ÇL: Yeni mövsüm üçün format və oyun cədvəli bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X