Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postundan ayrılan Canni De Byazi harada işləyəcəyi .
Fanat.Az xəbər verir ki, "Sky Sport 24" 67 yaşlı italiyalının dediklərini belə çatdırıb:
"Yeni variant var. Ümid edirik ki, əməkdaşlığımız baş tutacaq. Amma müqavilə imzalanmamış danışmaq doğru olmaz. Təcrübəmə və göstərdiklərimə görə komanda tapa biləcəyəmə ümidliyəm".
De Byazi 2020-2023-cü illər aralığında Azərbaycan millisini çalışdırıb. Təçsilçimiz AÇ-2024-ün seçmə mərhələsində yer aldığı F qrupundakı mübarizəni 7 xalla 4-cü pillədə tamamlayıb. Sözügedən mütəxəssis AFFA İcraiyyə Komitəsinin dünən keçirilən fövqəladə iclasından sonra baş məşqçi postunu tərk edib.