UEFA Avropa Liqasının qrup mərhələsinin H qrupunda yer alan "Qarabağ" dekabrın 14-də İsveçin "Hakken" komandasını qəbul edəcək.
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb təmsilçimizin qrup mərhələsinin həlledici oyunu barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Medina "Qarabağ" üçün əvəzolunmaz futbolçudur. Onun performası açıq şəkildə görünür. Amma mənə elə gəlir ki, son oyunda onun yoxluğu hiss olunmayacaq. "Hakken"i mən "Molde"dən daha aşağı səviyyədə bir komanda olaraq görürəm. Medinanı əvəz etdirəcək oyunçular onun yoxluğunu hiss etdirməyəcəklər.
Qrupdakı son görüşü Bakıda oynamaq "Qarabağ" üçün əla şansdır. Bu oyunda nəticə bizim xeyrimizə olacaq. Birinci oyunda rəqibə qalib gələrkən çətinlik var idi. "Qarabağ"ın hücumçularının evdə, doğma divarlar arasında uzun səfərdən sonra yorğun olacaq "Hakken"in müdafiə xəttini yaracaqlar".
Nahid Məmmədov