"Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin La Liqa çərçivəsində "Malyorka"ya qarşı keçirdikləri oyundan sonra (1:0) komandanın kobud səhvlə yadda qalan qapıçısı Andrey Luninə nə dediyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Planeta Real Madrid" italiyalı mütəxəssisin paltardəyişmə otağında ukraynalı qolkiperə iradını bir cümlə ilə çatdırdığını bildirib:
"Az qala son anda infarkt keçirmişdim".
Xatırladaq ki, Lunin görüşün son dəqiqəsində rəqib oyunçu Vedat Muriki ilə mübarizədə topu itirsə də, kosovolu boş qapıya yol tapa bilməyib.
Nihat