Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində sabah PSJ-ni qəbul edəcək "Barselona"nın futbolçusu Pedri rəqibi nədə üstələdiklərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini Kataloniya təmsilçisinin mətbuat xidməti belə çatdırıb:
"Biz müdafiə planında onlardan güclüyük. Fərq bundadır".
Xatırladaq ki, tərəflərin Parisdəki görüşü "Barselona"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Olimpik Lyüis Kompanis"də stadionunda baş tutacaq matçın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.
Nihat