Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda növbəti oyununa çıxacaq.
Fanat.Az-ın məlumatına görə, təmsilçimiz 1/4 finalda Polşa seçməsi ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 14:25-də start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi daha öncə qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14) üstələmişdi.