
"Liverpul"un mərkəz müdafiəçisi Covanni Leoni ağır zədə alıb.
Fanat.Az xəbər verir ki, o, bu mövsüm meydana çıxa bilməyəcək.
Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. 18 yaşlı italyan sentyabrın 23-də "Liverpul"da debüt matçında zədələnib. O, İngiltərə çempionunun Liqa Kubokunda "Sauthempton"la matçın (2:1) 81-ci dəqiqəsində sıradan çıxıb. Müayinə nəticəsində gənc müdafiəçinin dizində çarpaz bağ yırtığı aşkarlanıb. Belə zədə üçün bərpa müddəti isə 7 aydan 9 aya qədərdir. Ona görə də Leoninin bu mövsüm bir daha oynamayacağı ehtimalı yüksəkdir.
Xatırladaq ki, Leoni bu yay "qırmızılar" a 35 milyon avroya "Parma"dan keçmişdi.
Mirağa