
"Barselona"nın ulduz hücumçusu Lamin Yamal zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Fanat.Az xəbər verir ki, Kataloniya nəhənginin mətbuat xidməti bu barədə açıqlama yayıb.
"Yamal "Sevilya" ilə oyunu buraxacaq və onun sağalma müddətinin 2-3 həftə olacağı gözlənilir", - rəsmi açıqlamada deyilir.
Xatırladaq ki, 18 yaşlı hücumçu sentyabr ayında da qasıq nahiyəsindəki ağrılar səbəbindən xəstəxanaya aparılmışdı.
Yamal bu mövsüm bütün yarışlarda cəmi 5 matçda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.