Niderland Eredeviziyasında 13-cü tur davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Tvente" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
73-cü dəqiqədə oyuna qoşulan Kökçü 86-cı dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb və komandasının yenilgidən qurtulmasına yardımçı olub.
Qeyd edək ki, hazırda 14 xalı olan "Volendam" turnir cədvəlinin 13-cü pilləsində mövqe tutub.
Nihat