
Geridə qalan mövsümdə "Malyorka"nın heyətində İspaniya La Liqasında 23 qol vuraraq bombardirlərin yarışında yalnız Kilian Mbappedən geri qalan hücumçu Vedat Muriqi karyerasını İstanbul nəhəngində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, 32 yaşlı forvard yeni mövsümə "Fənərbağça"da başlayacaq. Mənbə transferin yekunlaşdığını və Türkiyə klubunun qarşı tərəfə 15 milyon avro ödəyəcəyini vurğulayıb.
Xatırladaq ki, La Liqadakı mübarizəni turnir cədvəlinin 18-ci pilləsində başa vuran "Malyorka" Sequndaya düşüb.
Toğrul