
İngiltərənin "Arsenal" klubu "Yuventus"un heyətində parlayan gənc ulduz Kənan Yıldızın transfer şərtləri ilə bağlı İtaliya təmsilçisindən məlumat tələb edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Turin klubu Türkiyə millisinin üzvünün satılıq olmadığını çox qəti bir dillə "topçular"ın rəhbərliyinə çatdırıb.
"Yuventus"un bu güzəştsiz mövqeyindən sonra London klubu hücum xəttini gücləndirmək üçün siyahıdakı digər alternativlərə yönəlmək məcburiyyətində qalıb.