
Türkiyənin "Eyüpspor" klubunun rəhbərliyi əsas komandanın baş məşqçisi Atila Gerin ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı Super Liqa təmsilçisinin mətbuat xidməti yayıb.
Gerin son 4,5 il ərzində "Eyüpspor"da müxtəlif vəzifələrdə də çalışıb. Onun "Kayserispor"a baş məşqçisi təyin olunacağı gözlənilir.
Qeyd edək ki, "Eyüpspor" geridə qalan mövsümü 33 xalla 15-ci pillədə başa vurub. Mübarizəni turnir cədvəlində 17-ci sırasında tamamlayan "Kayserispor" isə 1-ci liqaya yuvarlanıb.
Toğrul