
Dünya çempionatı ərəfəsində Argentina millisinin yoldaşlıq oyunu baş tutub.
Fanat.Az xəbər verir ki, son çempion İslandiyanı sınağa çəkib.
Meydana Lionel Messisiz çıxan Argentina ilk yarıda 1:0 üstün olub. Barko 8-ci dəqiqədə fərqlənib. Messi oyuna 70-ci dəqiqədə qoşulub və cəmi 2 dəqiqə penaltidən fəqlənib. Bu, 38 yaşlı canlı əfsanə üçün peşəkar karyerasında 911-ci qol olub.
Argentinalılar matçı darmadağınla yekunlaşdırıblar. Almada hesabı 3:0-a çatdıran qolun müəllifi olub.
Xatırladaq ki, Argentina 2026-cı il dünya çempionatında Avstriya, Əlcəzair və İordaniya ilə eyni qrupda oynayacaq.