
40 yaşında karyerasını ötən gün başa vurduğunu açıqlayan "Qornik"in hücumçusu Lukaş Podolski ilə bağlı yeni xəbər var.
Fanat.Az xəbər verir ki, polşa əsilli almaniyalı veteran futbolçu bundan sonra klub funksioneri kimi fəaliyyət göstərəcək.
Məlumatı Polşa klubunun mətbuat xidməti yayıb.
O, "Qornik"in sahiblərindən birinə çevrilib.
2021-ci ildən bəri "Qornik"də oynayan Podolski zabjelilərin heyətində 18 oyun keçirib.
Xatırladaq ki, ön xətt oyunçusu Almaniya millisində 130 matça çıxaraq 49 qola imza atıb, 31 məhsuldar ötürmə edib. O, uğurları üçün çalışdığı yığma ilə dünya çempionu olub, həmçinin Avropa çempionatında gümüş və bürünc medallar qazanıb.
Podolski daha öncə “Bayern Münhen”, “Arsenal”, “Köln”, “Qalatasaray”, “Vissel Kobe”, “İnter” və “Antalyaspor”da oynayıb.
Mirağa