
Moskva MOİK-i qapıçısı İqor Akinfeyevlə müqavilə yeniləyib.
Fanat.Az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 40 yaşlı qolkiper müddəti gələn ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb.
Akinfeyev 1990-cı ildən "hərbçilər"in strukturundadır. Yalnız MOİK-də oynayan Rusiya millisinin sabiq üzvü indiyədək klubunun forması 818 matça çıxıb. O, bu qarşılaşmalardan 327-də qapısını toxunulmaz saxlamağı bacarıb. Təcrübəli futbolçu 7 dəfə Rusiya çempionluğunu bayram edib.
Nihat