
İngiltərənin "Arsenal" və "Mançester Siti" klubları yay transfer pəncərəsində "Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandesin keçidi üçün səylərini artırıblar.
Fanat.Az xəbər verir ki, "Real Madrid" artıq bu transferin reallaşmayacağını bildirərək mübarizədən kənarlaşıb və meydanı iki İngiltərə nəhənginə buraxıb.
Xabi Alonso isə argentinalı oyunçunu yenidən "Çelsi"nin heyətinə qazandıra biləcəyinə əmindir.
İki klub hazırda futbolçunun transferi ilə bağlı potensial danışıqları davam etdirir.