
"CBC Sport" bəyanat yayıb. Fanat.Az xəbər verir ki, telekanal aparıcı kadrlarından birinin - Rüstəm Əfsərlinin fəlaiyyətini "Neftçi"nin mətbuat xidmətinin rəhbəri postunda sürdürəcəyini bildirib.
Bəyanat belədi: "Təəssüf hissi ilə bildiririk ki, “CBC Sport” TV-nin yaradıcılarından və qurucularından biri, şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli sıralarımızı tərk edir.
Fəaliyyətə başladığı ilk gündən “CBC Sport”la birgə addımlayan Rüstəm Əfsərli təcrübəsi və biliyi ilə xeyli maraqlı, tamaşaçı rəğbəti qazanan layihənin ideya müəllifi olub.
“CBC Sport” ailəsi Rüstəm Əfsərliyə təşəkkür edir, gələcək işlərində ona yaradıcılıq uğurları arzulayır".
Qeyd edək ki, həmkarımız "Neftçi"dəki işinə rəsmən iyunun 1-dən başlayacaq.
Fanat.Az