10:54 24.10.2017 1529

UEFA "Qarabağ" və "Qəbələ"nin ümumi qazancını açıqladı

UEFA 2016/2017 mövsümündə Avropa Liqasının pley-off və qrup mərhələsində iştirak edən 56 kluba ümumilikdə 423,1 milyon avro vəsait ödəyib. Bu barədə qurumun rəsmi saytında yer alan hesabatda bildirilir.

UEFA-nın təşkil etdiyi Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştirak edən kollektivlər xalis gəlirlərin bir hissəsini alırlar. Vəsaitin bölüşdürülməsi sisteminə əsasən, ümumi məbləğin 60 faizi Avropa Liqasının qrup mərhələsinin bütün iştirakçıları arasında bərabər paylanır. Qalan 40 faiz isə hər bir milli bazarın xüsusi çəkisi də daxil olmaqla, bir sıra amillərdən asılı olaraq bölüşdürülür.

Qrup mərhələsinin hər bir iştirakçısına 2,6 milyon avro ödənilib. Komandalar hər qələbəyə görə 360 min, bərabərlik üçün isə 120 min avro qazanıblar. Heç-heçə ilə başa çatmış oyunların nəticələrindən qalan əlavə 120 min avro məbləğlər üst-üstə toplanıb və hər komandanın qələbə sayına proporsional olaraq qrup mərhələsinin bütün iştirakçıları arasında paylanılıb.

Qrup qaliblərinin mükafatı 600 min avro olub. İkinci yeri tutan kollektivlərə isə 300 min avro ödənilib. 1/16 finalda iştiraka görə 500 min avro, 1/8 final üçün isə 750 min avro verilib. 1/4 finala yüksələn klublara 1 milyon avro, yarımfinalçılara isə 1,6 milyon avro çatıb. Turnirin qalibi İngiltərə təmsilçisi "Mançester Yunayted” bu uğuruna görə 6,5 milyon avro qazanıb. Finalçı Hollandiya "Ayaks”ının büdcəsinə isə 3,5 milyon avro köçürülüb.

Marketinqdən əldə olunan vəsait milli televiziya bazarının xüsusi çəkisi də daxil olmaqla, bir sıra amillərdən asılı olaraq paylanılıb. Qalan 23,5 milyon avro isə turnirin yekununda qrup mərhələsinin bütün iştirakçıları arasında onların göstəricilərinə əsasən bölünüb.

2016/2017 mövsümündə Azərbaycanı Avropa Liqasının qrup mərhələsində "Qarabağ” və "Qəbələ” klubları təmsil edib. Ağdam təmsilçisinin qazancı 3,824,399 avro olub. Bunun 2,6 milyon avrosu qrup mərhələsində iştiraka, 922,000 avrosu əldə olunan nəticələrə, 302,399 avrosu klubun bazardakı çəkisinə görə olub. Qrup mərhələsindəki bütün oyunlarda məğlub olan "Qəbələ” 2,900,291 avro gəlir əldə edib. "Qırmızı-qaralar” qrup mərhələsində iştirak üçün ödənilən 2,6 milyon avrodan əlavə, bazardakı çəkisinə görə 300,291 alıb. 

Qeyd edək ki, "Qarabağ" ötən mövsüm Avroliqanın qrup mərhələsini 2 qələbə, 1 heç-heçə ilə tamamlayıb. "Qəbələ" isə keçirdiyi bütün 6 oyundan məğlub ayrılıb.  ("Report”)

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 İyul 2025
23:45

"Fənərbağça"da şok ayrılıq

23:17

Sesk Fabreqasın klubu "Qalatasaray"ın futbolçusuna elçi düşüb

22:45

"Fənərbağça"nın Sançezə təklif etdiyi maaş məlum olub - MƏBLƏĞ

22:05

"Qarabağ" yoxlama matçında məğlub oldu

21:45

Depay karyerasını Türkiyədə davam etdirə bilər

21:22

London klubu AÇ-nin ən yaxşı futbolçusunu istəyir

20:47

Sneyderin oğlu bu klubla müqavilə bağladı

20:11

"Qalatasaray"dan 35 milyonluq ulduz transferi

19:50

"Zirə" Türkiyədə qələbə qazanıb

19:19

"Neftçi" daha bir transfer açıqlayıb - RƏSMİ

18:47

İtaliya klubu Kenan Yıldızla anlaşdı

18:20

"Liverpul" 67 milyonluq təklifi rədd etdi

17:48

"Səbail"in yerli oyunçulardan ibarət "11-liy"i məlumdur - ADLAR

17:23

Rusiya klubunun serb forvardı "Sumqayıt"da? - SON DURUM

17:13

Mateta İngiltərə nəhənginə keçir

17:02

"Zirə" Lavalla əməkdaşlığa son qoydu - RƏSMİ

16:50

"Neftçi"dən növbəti transfer - RƏSMİ

16:40

UEFA 9 klubumuza ödəniş etdi

16:29

Birini işə götürdülər, o biri də "Mingəçevir"dən AFFA-ya şikayət etdi

16:11

"Zirə"nin "Hayduk"la oyununa biletlər satışa çıxarıldı

15:52

Nicat Süleymanovun yeni klubu bəllidir

15:34

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:16

Əlcəzairli müdafiəçi hansı Azərbaycan klubuna keçəcək?

14:58

"Səbail" I Liqanın hazırlığına bu tarixdə başlayacaq - AÇIQLAMA

14:30

AFFA-da Bəxtiyar Musayevə vəzifə verildi

14:22

Henderson İPL klubuna keçdi - RƏSMİ

14:04

Rəhman Hacıyevin yeni klubu bilindi

13:46

Məqsəd İsayev "Kəpəz"də - RƏSMİ

13:28

"Sumqayıt"ın iki futbolçusunun taleyi qeyri-müəyyəndir

13:10

Adil Şükürov "Kəpəz"dən ayrılır? - AÇIQLAMA

12:52

Ozobiç Azərbaycan təmsilçisinə "pul oxudu"

12:34

III MDB Oyunlarında iştirakı təsdiqlənən idmançıların sayı açıqlandı

12:16

Millinin qapıçısı "Sabah"a keçə bilər

11:58

"Zirə" Türkiyədə növbəti matçına çıxır

11:39

"İmişli"ni Premyer Liqaya çıxaran baş məşqçinin yeni iş yeri bilindi

11:20

Azərbaycan millisinin üzvü "Fənərbağça"ya transfer olundu

10:44

ÇL: İkinci mərhələyə adlayacaq 12 komanda müəyyənləşir

10:25

"Araz-Naxçıvan"ın rəqibi 2 yeni transfer reallaşdırdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

"Malyorka" "Barselona"nın ulduzunu "su qiyməti"nə aldı - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X