Çexiya kubokunda 1/8 final mərhələsinin oyunları davam edir. Fanat.Az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav” da bu mərhələdə oyuna çıxıb.
Sözügedən komanda səfərdə "Domajliçe” ilə qarşılaşıb. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda start heyətində başlayan Ağayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, bir oyundan ibarət mərhələnin qalibi olan "Mlada Boleslav” 1/4 finala yüksəlib.
Fanat.Az