"Portuqaliya İsraillə heç-heçə etməklə bizə çox kömək etdi. Baxmayaraq ki, Rusiya özü də lazım olan nəticəni qazanacaq gücdədi". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis vətənində verdiyi açıqlamada Azərbaycan - Rusiya oyunu ilə bağlı danışıb: "Bakıdakı oyun komandamız üçün asan olmayacaq. Azərbaycanlılar Şimali İrlandiya ilə oyunda obyektiv olaraq daha güclü idilər. Xüsusilə ikinci hissədə meydan sahibləri fiziki cəhətdən daha üstün idilər və daha çox qol vəziyyətləri yaratdılar. Azərbaycan yığmasının Rusiya ilə oyuna hansı vəziyyətdə yanaşacağını müəyyənləşdirmək çətindi. Yalnız onu qeyd edə bilərəm ki, bu iki komanda arasındakı görüşlər həmişə azarkeşlər üçün böyük prinsipial əhəmiyyətə malik olur. Azərbaycan yığmasının heyətində Kamran Ağayevi qeyd edərdim. O, seçmə mərhələni yüksək səviyyədə keçirib. Bütövlükdə, bu yığma komanda oyununa görə çox güclü təsir bağışlayır".
Fanat.az