18:15 14.10.2013 685

Braziliyaya 4, "play-off"a 5 bilet:xoşbəxtlər kim olacaq?

Sabah DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında mübarizəyə yekun vurulacaq. Fanat.az xəbər verir ki, bununla da "köhnə dünya"dan mundiala gedəcək bütün komandalar və play-off mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.

Bundan əvvəl Belçika (A qrupu), İtaliya (B qrupu), Almaniya (C qrupu), Hollandiya (D qrupu) və İsveçrə (E qrupu) qrup liderliyini təmin edərək Braziliyada təşkil olunacaq dünya çempionatına vəsiqəni təmin edib. Xorvatya (A qrupu), İsveç (C qrupu) və Yunanıstanın (G qrupu) isə play-off mərhələsinə qatılacağı dəqiqdi. Sabah baş tutacaq oyunlarda F, G, H və İ qruplarının qalibləri, B, D, E, F, H və İ qruplarının isə ikincisi müəyyənləşəcək. 

Millimizin yer aldığı F qrupunda Rusiya və Portuqaliya 1-2-ci yerlər uğrunda mübarizə aparır. Sabah millimizin rəqibi olacaq Rusiya 1 xal qazanacağı halda mundiala birbaşa vəsiqə qazanacaq. Ruslar Bakıda uduzsa, Portuqaliya Lüksemburqu yenərək birinci yeri təmin edə bilər. Bu iki oyunun nəticəsindən aslı olaraq 1-2-ci yerlərin sahibləri müəyyənləşəcək.

G qrupunda da vəziyyət təxinən eynidi. Belə ki, iki komanda ilk yerlər uğrunda mübarizə aparır, digərləri isə formal oyuna çıxacaq. 1-2-ci pillələri tutan Bosniya və Hersoqovina ilə Yunanıstanın 22-i xalı var. Bosniyalılar Litvanın qonağı olacaq, Yunanıstan Lixtenşteyni sınağa çəkəcək.

H qrupunda İngiltərə və Ukrayna mundiala birbaşa vəsiqə əldə etmək şansını saxlayır. 19 xalı olan İngiltərə Polşanın qəbul edəcək. 18 xalla ikinci pillədə qararlaşan Ukrayna isə San Marinonun qonağı olacaq. 

Sonuncu - İ qrupunda İspaniya və Fransa birincilik uğrunda yarışır. Aktivində 17 xal olan İspaniya sabah Gürcüstanı qəbul edəcək və bir xalla birinciliyi təmin edə bilər. Fransa isə Finlandiyanı sınağa çəkəcək.

Play-off mərhələsinə vəsiqələrin taleyinə gəlincə, 9 komandadan 3-ü artıq bəllidi. Qalan 5 komanda isə sabah müəyyənləşəcək. Daha sonra bu 9 komandadan biri - ən pis nəticəyə malik olanı mübarizədən kənarda qalacaq və 8 komanda 4 vəsiqə uğrunda yarışacaq.

B qrupunda Bolqarıstan, Danimarka, Çexiya və Ermənistan mübarizə aparır. İlk iki komandanın 13, növbəti iki yığmanın isə 12 xalı var. Bolqarıstan Çexiyanı, Danimarka Maltanı qəbul edəcək, Ermənistan isə İtaliyanın qonağı olacaq.

D qurunda Türkiyə, Rumıniya və Macarıstan ikinci ola bilər. Türklərlə rumınların 16, macarların 14 xalı var. Türkiyə Hollandiya ilə çətin oyuna çıxacaq. "Ay-ulduzlular" heç-heçə və ya məğlubiyyətlə də play-off mərhələsində iştirak edə bilər. Bunun üçün Rumıniyanın evdə Estoniyaya uduzması, macarların isə səfərdə Andorra ilə oyunda xal itirməsi lazımdı. Bu çətin ehtimal olduğundan Fatih Terimin yetirmələri sabah Hollandiyanı məğlub etməlidi. 

E qrupunda ikinci yer uğrunda İslandiya və Sloveniya mübarizə aparır. İslandların 16, sloveniyalıların 15 xalı var. İslandiya artıq iddiası qalmayan Norveçin qonağı olacaq. "Qəbələ"nin üzvü Deyan Kelharın heyətində yer aldığı Sloveniya isə birinciliyi təmin etmiş İsveçrə ilə səfərdə qarşılaşacaq.

F və G qruplarında qeyd etdiyimiz kimi hər 1-2-ci yerlərə iki iddiaçı var. F qrupunda Rusiya və Portuqaliyanın, G qrupunda isə Bosniya və Hersoqovina ilə Yunanıstanın aqibətinə sabahkı oyunlarda saydınlıq gələcək.

C qrupunda 3 komandadan biri ikinci olacaq. Belə ki, İngiltərə və Ukraynanın 1-ci, Çernoqoriyanın isə ikinci olmaq şansı var. İngiltərə Polşanı udsa, Ukrayna San Marinodan bir xal alıb, ikinci yeri təmin edə bilər. Ukraynalılar yeniləcəyi halda Çernoqoriya Moldovanı yenərək Braziliyaya vəsiqəni əldə edəcək.

İ qrupunda ilk iki pilləni tutacaq komandalar bəllidi: İspaniya və Fransa. Onlardan hansının birinci, hansının ikinci olacağına isə sabah aydınlıq gələcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 May 2024
23:13

AL: "Roma" "Bayer"in məğlubiyyətsizliyinə son qoya biləcək? - YENİLƏNİR

23:07

KL: İtaliyada erkən qol - YENİLƏNİR

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

Facebookdan bizi izləməyi unutmayın.
X