"Ortabab Azərbaycan klubunun büdcəsi 10 milyon dollardı". Fanat.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis vətənindən olan jurnalistlərə açıqlamasında komandasının büdcəsini açıqlamaqdan imtina edib: "Qəbələ"nin illik büdcəsini açıqlamaq istəmirəm. Müqayisə üçün deyə bilərəm ki, bizim büdcəmiz Rusiyanın ikinci "səkkizlik" komandaları ilə eynidi".