Yayda Ruslan Abışovu icarəyə götürmək istəyi baş tutmayan "Qəbələ" bu keçidi həll etmək üçün yenidən cəhd edəcək. Fanat.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yuri Syomin məlumat verib.
Mütəxəssis rus jurnalistin "Ruslan Abışovu icarəyə götürmək üçün cəhd edəcəksiniz" sualına belə cavab verib: "Əlbəttə. "Qəbələ"də yerli futbolçulara üstünlük vermək istəyirik".
Yuri Pavloviç əsas probleminin legioner limiti olduğunu qabardıb: "Bu, bizim üçün böyük problemdi. Üstəlik, Azərbaycanda belə bir nüans da var ki, komandada mütləq bir nəfər yaşı 21-dən yuxarı olmayan futbolçu oynamalıdı. Onu əvəzləmək istəyəndə həmişə çətinlik çəkirsən".