"Qəbələ"nin 12 yaşadək futbolçulardan ibarət komandası "Young Talents" ("Gənc İstedadlar") turnirində iştirak məqsədilə sabah Rusiyanın Sankt-Peterburq şəhərinə yallanacaq. Fanat.az xəbər verir ki, "qırmızı-qaralar" 20 komandanın iştirakı ilə baş tutacaq turnirdə C Qrupunda yer alacaq. Növbəti mərhələyə vəsiqə uğrunda təmsilçimiz "Young Talents" komandası, "Rubin", "Baltika", "Dinamo" (hamısı Rusiya) kollektivləri ilə qarşılaşacaq.
"Qəbələ"nin Sankt-Peterburqa yollanacağı heyət: Əli Mustafayev, Yusif İmanov, Nazim Həsənzadə, Turxan Quluzadə, Elgiz Məmmədov, Tərlan İsgəndərov, Taleh Fərmanov, Əli Valehli, Mahir Həsənov, Həmid Vəliyev, Veysəl Rzayev, Bayraməli Qurbanov, Firudin Həşimov, Nihad Bağırov, Rauf Məhərrəmov.
"Qəbələ"nin qrup mərhələsindəki oyunlarının təqvimi:
17 oktyabr
Young Talents - Qəbələ
Qəbələ - Rubin
18 oktyabr
Dinamo - Qəbələ
Qəbələ - Baltika
Fanat.az