21:01 07.04.2018 1164

Elvin Yunuszadə: "Qurban müəllimə söz verdim"

"Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqasının XXII turunda "Səbail”i 1:0 hesabıyla yendikləri matçın ardından jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, Yunuszadə millidən uzaqlaşdırılmasından da danışıb.
 
- Öncə oyun haqda fikirlərini bildirərdin...
- Həmişə olduğu kimi, bu gün də "Səbail”ə qarşı oynamaq çətin idi. Ümumiyyətlə, yanvardan bəri heç bir matçımız asan keçməyib, hamısında çətinlik çəkmişik. Əsas odu ki, 3 xalı qazana bildik. Artıq növbəti görüşə hazırlaşacağıq.
 
- Millinin heyətindən uzaqlaşdırılandan sonra "Qarabağ”da da əsas komandadan kənarlaşdırılmışdın. Gec də olsa, baş verənlərə aydınlıq gətirməyini istərdik...
- Haqqımda haqlı qərar çıxarılmışdı. Nə məsləhət görüldüsə, ona da əməl etdim. Ardından Qurban müəllimlə söhbətimiz oldu. Hər şeyi qaydasına qoydum. Artıq əsas komanda ilə birlikdəyəm. Gələcəyə baxmaq lazımdı.
 
- Necə oldu ki, Qurban Qurbanov səni bağışladı?
- Təxminən 2 həftə əvəzedici heyətdə oldum. Qurban müəllimə söz verdim ki, bir daha belə səhvə yol verməyəcəm. O da məni başa düşdü, həmişəki kimi, yanımda oldu.
 
- Bu qərar milli üçün də keçərlidi?
- Bunu Qurban müəllimdən soruşmaq lazımdı. Mən canla-başla məşqlərimi edib, hazırlaşacam. Çağırmasa belə, buna hörmətlə yanaşacam.
 
- İkinci dəfə idi ki, yatıb qalırdın...
- İstəyərək olan şey deyil. Amma yenə də səhvdi. Bunu boynuma alıram. Bundan sonra 10 dəfə, 100 dəfə diqqətli olmalıyam ki, bu hal təkrarlanmasın.
 
- "Səbail”lə bugünkü qarşılaşmada bir neçə səhvə yol verdin. Bu, həyəcandan qaynaqlanırdı?
- Xeyr. Son matçımı "Neftçi”yə qarşı keçirmişdim. 4 həftəyə yaxın idi ki, oynamırdım. Oyun praktikasından əziyyət çəkməyim normal idi. Hətta gözlədiyimdən də yaxşı oldu. Əvvəlki qarşılaşmalarda da səhvlərim olub. Bugünkü matçdakı səhvlərim daha çox gözə görünməli idi ki, bunu da başa düşürəm.
 
- Bədavi Hüseynov zədəli olduğu üçün tez-tez oynayırsan. O artıq sağalmaq üzrədi. Bədavi dönəndən sonra sənə çətin olmayacaq?
- Bədavinin qayıtmasına dəhşətli dərəcədə sevinirəm. Həm dostum, həm də komanda yoldaşım kimi. Bədavi sırada olanda da çempionatda çox oynamışıq. Əsas odu ki, o, sağalır. Buna ancaq sevinmək olar.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 May 2024
23:13

AL: "Roma" "Bayer"in məğlubiyyətsizliyinə son qoya biləcək? - YENİLƏNİR

23:07

KL: İtaliyada erkən qol - YENİLƏNİR

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

Facebookdan bizi izləməyi unutmayın.
X