11:44 16.06.2019 2361

Qurban Qurbanov: "Bizə son variant kimi baxırlar"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Səbail"i 3:1 hesabı ilə məğlub etdikləri yoxlama matçından sonra "Report"a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Avstriya toplanışına gedənədək belə qarşılaşma keçirmək planda yox idi. Özü də millidən qayıdan futbolçulardan yalnız Rahil Məmmədova şans verdiniz. Ümumilikdə bu oyunu necə dəyərləndirirsiniz?
- Rahil ən az oynayan futbolçularımızdan biridir. Həm də millidə Slovakiyaya qarşı oynamamışdı. Oa görə istədim ki, bir az meydanda olsun. Bakıdakı hazırlıq müddətində minimum ikitərəfli oyun, hansısa rəqib tapılacağı halda isə yoxlama matçı keçirməyi planlaşdırmışdıq. Sonda belə bir variantımız çıxdı ki, "Səbail"lə qarşılaşaq. Gördüyünüz kimi, hər hissə 30 dəqiqə oldu. Məşq xarakterli belə bir oyun keçirdik. Düşünürəm ki, hər iki komanda üçün faydası oldu.

- 30 dəqiqə nə ilə bağlı idi: məşq xarakterli olduğuna, yoxsa isti havaya görə?
- Yox, hava şəraiti ilə bağl deyildi. Sadəcə, futbolçular hələ 90 dəqiqə oynamağa hazır deyillər. Açığı, iki 30 dəqiqədən də bir az narahatlığım var idi. Bu matçda istər-istəməz mübarizə tam fərqli olur, fərdi keyfiyyətlər daha çox önə çıxır. Futbolçular hazır olmayanda bu komponentlərdən ehtiyat edirəm. Düşünürəm ki, maraqlı qarşılaşma oldu.

- Qeyri-rəsmi oyunda oğlunuz - mərkəz hücumçusu Musa Qurbanlını əsas heyətdə gördük. Necə təsir bağışladı: nə çatmır, nədə artırmalıdır, nə xoşunuz gəlmədi?
- Təkcə Musa yox, bir çox futbolçular haqda belə fikir bildirmək düzgün olmazdı. Musa ilə yanaşı, gənc futboçularımızın əsas heyət oyunçularmızla bir yerdə olmalarını istədik. Əlbəttə, hələ üzərlərində çox işləməlidirlər. Onlardan biri də Musadır. Hansı cəhətləri xoşuma gəldi, hansılar yox - təkcə mənim yox, hər bir baş məşqçi üçün bunu demək düzgün olmaz.

- Yay "transfer pəncərəsi" yenə qayığılı dövrdürmü?
- Həmişə olduğu kimi çətindir. Anaq müsbətə doğru irəliləyiş var. Konkretləşəndə, tam adları açıqlayacağıq.

- Artıq neçə futbolçu ilə anlaşmaq üzrəsiniz?
- Anlaşmaq üzrə olduğumuz yalnız ispaniyalı futbolçu Xayme Romero Rodrigesdir. Digərləri ilə isə hələlik müsbətə doğru danışıqlar gedir.

- Klub prezidenti Abdulbari Gözəl "Report"a müsahibəsində bu mövsüm daha yaxşı transferlərin olacağını bildirib. Demək olarmı ki, qiymət və səviyyə baxımından daha fərqli transferləriniz olacaq?
- Həmişə istəmişik ki, yaxşı transferlərimiz olsun. Sadəcə, bizdən asılı olmayan anlar var. Hansıları ki, sonadək gözləyirik. Çox futbolçu hətta "transfer pəncərəsi"nin son gününə kimi tam cavab vermir. Daha yaxşı çempionatlarda iştirak etmək, daha yaxşı komandalarda oynamaq istəyirlər. Ona görə bizə son variant kimi baxırlar. Hər il olduğu kimi, bu il də yaxşı transferlər etmək istəyirik. Amma nə dərəcədə alınacaq, bunu zaman göstərəcək. Hətta bir istədiyimiz transfer əldə etdikdə buna sevinirik. Bugünkü durum elədir ki, Türkiyədə legioner limiti götürüldükdən sonra bizə bir az daha çətin olur. Cənubi Koreya, Yaponiya variantları çıxandan, ərəblər böyük pullar verəndən sonra bizim üçün transferlər çox çətin olub. Bu zaman variantlarımız çox az olur. Yəni, bir-iki istədiyimiz transferi etsək, buna sevinərik.

- Yerli oyunçu transferi gözlənilir?
- Bu gün üçün görünmür.

- Hansı mövqelərə və neçə legioner almağı nəzərdə tutmusunuz?
- Qapıdan başlayaraq, hər xəttə futbolçu axtarırıq.

- Cənubi afrikalı futbolçu, keçmiş hücumçunuz Dino Ndlovunun həmyerlisi Hendrik Eksteynin də adı çəkilir. Meneceri Azərbaycandan təklif aldıqlarını açıqlayıb...
- İstədiyimiz, maraqlandığımız, danışdığımız futbolçulardan biri ola bilər. Təkcə afrikalıya görə yox, ümumiyyətlə, deyirəm. Yəqin ki, o da belə oyunçular sırasındadır.

- Sizə ilk növbədə, hücumun sivri ucuna futbolçu lazımdır. Çünki yeganə mərkəz hücumçunuz Mahir Mədətovdur. Alacağınız ispaniyalı isə vingerdir. Halbuki, yarımmüdafiə xəttinizin cinahlarında sıxlıq var...
- Romero sağda da oynaya bilir, solda da, hətta hücum xəttində də.

- Donald Gerrye gah sağollaşdı, gah da dediniz ki, yeni müqavilə imzalayırsınız. Özü isə açıqlama verib ki, gözləyirəm. Son durum necədir?
- Bu günə olan danışıqlar müsbətdir. Gerrye buradan gedəndə bizimlə anlaşıb getmişdi. Kağız üzərində deyildi, amma şifahi razılaşmışdıq. Sonra belə bir açıqlama oxudum. Ancaq məncə, bundan sonra dərhal fikrini dəyişdi. Xırda detalları açıqlamağı ehtiyac yoxdur.

- Gerrye ilə ümumi razılıq ədə olunub?
- Onunla danışıqlarımız müsbətə doğru gedir. Görüdən odur ki, böyük ehtimalla, "Qarabağ"da qalacaq.

- Bəs Mahir Mədətov necə, "Qarabağ"da qalacaq, yoxsa gedəcək? Onunla bağlı xaricdən təklif almısınız?
- Biz istənilən futbolçumuzun yaxşı komandada oynamasını istəyirik. Amma yenə deyirəm: Mahirlə bağlı rəsmi heç bir təklf yoxdur.

- Millinin Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə uduzduğu AVRO-2020-nin seçmə oyunları haqda fikirləriniz necədir?
- Macarıstan və Slovakiya ilə qarşılaşmaları stadiondan izlədim. Həmişə milliyə uğurlar arzulayıram və əlbəttə bir azərbaycanlı olaraq komandanın daim yanında olmağa çalışmışam. Hətta məğlub olanda da. Düşünürəm ki, gələn qarşılaşmalarda daha yaxşı oynayacaqlar.

- Millinin xorvatiyalı baş məşqçisi Nikola Yurçeviç açıqlama vermişdi ki, ən yaxşı baş məşqçiniz Qurban Qurbanov Maltanı uda bilməmişdi. Onu oxuyanda hansı hissləri keçirdiniz və özlüyünüzdə nə düşündünüz?
- Bilirsiniz ki, belə fikirlər önəm verən deyiləm. Yurçeviçlə normal münasibətlərimiz olub. Digər tərəfdən, bu deyilənlər ətrafında çox danışmaq, məncə, düzgün olmaz. Çalışmaq lazımdır ki, bir az qıraqda olaq, hər şey qaydasında olsun.

- Oyundan sonra "Bilərəkdən zəif oynayırlar, can qoymurlar" deyə "Qarabağ"ın futbolçularını hədəfə götürən yazılar çıxdı...
- Bilərəkdən oynamamaları ilə bağlı "Qarabağ" futbolçuları barədə çoxlu fikirlərin olduğuna inanmıram. Ümumiyyətlə, belə şeyləri xoşlamıram ki, günahı futbolçunun üzərinə ataq. Əlbəttə, problemimiz var, lakin günahı tək-tək futbolçuların üzərinə atmağın tərəfdarı deyiləm. Ümumiyyətə, belə fikirlərə münasibət bildirmək düzgün olmaz. Həmin futbolçulara güvənirəm. Onlar 8-10 ildir Azərbaycan Milli Komandasının şərəfini qoruyurlar. Özü də ürəklə, inamla çıxış edirlər. Bu futbolçuların o psixoloji sıxıntıdan çıxmaları lazımdır. Onsuz da azərbaycanlı futbolçuların sayı azdır. Onlar hadqa belə fikir bildirmək düzgün olmaz.

- Sizcə, həmin futbolçuların potensiaları bu idimi ki, 1:3 və 1:5 hesabları qeydə alındı?
- Məncə, müzakirələrdə çox uzağa gedirik.

- AFFA İcraiyyə Komitəsinin son iki iclasında iştirak etməmisiniz...
- Slovakiya ilə matçdan sonrakı təcili toplantından xəbərim yoxdur. "Dalğa Arena"dakı iclasa dəvət gələndə isə bildirmişdim ki, iştirak edə bilməyəcəyəm, üzrlü hesab edin. İcraiyyə Komitəsində isə fəaliyyətimi davam etdirirəm.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

19 İyun 2026
02:13

"Özümü hamıdan çox türk hiss edirəm"

01:39

Dünya çempionatları tarixində hələ belə rekord olmamışdı

00:59

DÇ-2026: İsveçrə millisindən darmadağın, Çexiya "büdrədi"

18 İyun 2026
23:52

Çexiya və CAR oyununun ən yaxşısı seçildi

23:30

"Futbolçularımın əzmkarlığı öz bəhrəsini verdi" - Huqo Broos

23:15

"Qrupdan çıxmaq şansımız hələ bitməyib" - Miroslav Koubek

22:34

Azərbaycanın kamandan oxatanı IV Avropa Oyunlarında iştirak üçün kvota qazanıb

22:06

Avropa Kubokunda Azərbaycanı 13 cüdoçu təmsil edəcək

21:41

DÇ-2026: Meksika Cənubi Koreya ilə üz-üzə

21:04

Azərbaycanın ən bahalı futbolçuları bəlli oldu

20:40

İtaliya nəhəngi 21 yaşlı futbolçunun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

20:16

Tuxeldən FİFA-ya sərt reaksiya: "Yalvarıram, onların yerini dəyişin"

19:41

Vedat Muriqi İstanbula gəlir

19:10

Olise üçün 200 milyondan çox büdcə ayrıldı

18:56

"Zirə"nin yay hazırlıq planı bəlli olub

18:14

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

17:49

"Araz-Naxçıvan"da daha bir müqavilə - RƏSMİ

17:32

Paraüzgüçülük üzrə ilk Azərbaycan çempionatı keçirildi

17:10

"Qarabağ" "Zirə" ilə sınaq matçına çıxacaq

16:58

Kannavaro DÇ-lər tarixində 4-cü belə məşqçidir

16:40

Dünya çempionatları tarixində ikinci dəfə

16:22

Özbək yarımmüdafiəçi DÇ-də maraqlı rekord reallaşdırdı

16:04

Cahangir Fərəcullayev UEFA-da komitə üzvü təyin edildi

15:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:46

Rahid Əmirquliyev "Şahdağ Qusar"dan ayrıldı

15:27

"Fənərbağça"nın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

15:08

"Şəfa"dan ayrılan futbolçunun yeni klubu bilindi

14:50

Tçuameni Kilian Mbappeni yox, onu Fransa yığmasının lideri sayır - AÇIQLAMA

14:31

Bakı klubu daha 3 futbolçu ilə vidalaşdığını açıqladı

14:12

"İmişli"də yeni təyinatlar - Təsdiqləndi

13:53

"Real Madrid" Kukurelya və Silvanın ardından daha bir ulduzu heyətinə qatdı - RƏSMİ

13:35

"Səbail"dən baş məşqçi qərarı - RƏSMİ

13:17

"Bu emosiyaları necə təsvir edəcəyimi bilmirəm" - Semenyo qələbəni dəyərləndirdi

12:58

"İmişli"nin növbəti mövsüm Qubada oynamayacağı dəqiqləşdi - AÇIQLAMA

12:36

İngiltərə nəhəngi ispaniyalı futbolçu ilə anlaşdı - Bu keçiddən La Liqanın 2 klubu qazanacaq

12:10

Bellinqem Podolskinin rekordunu qırdı

11:49

Dünya Seriyasında iştirak edəcək güləşçilərin adları bilindi

11:32

"Real Madrid" argentinalı ulduzla anlaşdı - SON DURUM

11:10

Azərbaycan taekvandoçuları Avropa çempionatında birinci yeri tutdular

10:34

DÇ-2026: Okeanın o tayındakı məhsuldarlıq göz oxşayır - İlk turun statistikası

Facebookdan bizi izləməyi unutmayın.
X