"Qarabağ"la birlikdə Avropa Liqasının I qrupda mübarizə aparacaq İsrail "Makkabi"sinin baş məşqçisi Yorqos Donis püşkü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 51 yaşlı mütəxəsis "Qarabağ"ın avrokuboklarda böyük təcrübəyə malik olduğunu bildirib:
"Vilyarreal" və digər iki rəqibimiz keyfiyyətli komandadır. "Qarabağ" Çempionlar Liqasında mübarizə aparıb və çətin rəqib olacaq. "Sivasspor" yaxşı çempionat hesab edilən Türkiyə Super Liqasında mübarizə aparır. Ötən mövsümü dördüncü olmaları çox şeydən xəbər verir".
Fanat.Az