18:31 02.10.2020 877

\"Qarabağ\"ın rəqibləri: \"Sualtı qayıq\", \"sarı şeytanlar\", \"igidlər\"

"Qarabağ" UEFA Avropa Liqasının I qrupunda İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Təl-Əviv) və Türkiyənin "Sivasspor" klubları ilə mübarizə aparacaq.

Bu komandalardan yalnız Təl-Əviv təmsilçisi qrupa təsnifat mərhələsindən gəlib. Digər 2 kollektiv isə bu mərhələyə birbaşa vəsiqə qazanıb.

İspaniyanın köklü klublarından olan "Vilyarreal"ın əsası 1923-cü ildə qoyulub. 97 yaşlı komanda ev oyunlarını 25 min azarekeş tutumuna malik "Estadio de la Seramika" stadionunda keçirir. Klubun ləqəbi "sarı sualtı qayıq"dır. "Vilyarreal"a ispaniyalı mütəxəssis Unay Emeri başçılıq edir. İspaniyalı baş məşqçi ikinci dəfə "Qarabağ"a qarşı mübarizə aparacaq. 2018/2019 mövsümündə Emerinin baş məşqçisi olduğu İngiltərə "Arsenal"ı Avropa Liqasında Azərbaycan çempionu ilə eyni qrupda yer almış, Bakıda 3:0, Londonda 1:0 hesablı qələbə qazanmışdı. Həmin mövsüm o həm də "Arsenal"ı Bakıya "Çelsi" ilə final oyununa gətirərək, məğlubiyyətə şahidlik etmişdi - 1:4. "Vilyarreal" avrokuboklarda ən böyük uğuruna 2003-cü ildə finalda Niderland "Herenven"ini məğlub edərək İntertoto kubokunu qazanmaqla nail olub.

"Köhlən atlar"ın qrupdakı digər rəqibi olan "Makkabi" İsraildə 2019/2020 mövsümünün çempionudur. 23-cü dəfə bu titula sahib çıxan Təl-Əviv təmsilçisi 1906-cı ildə yaradılıb. Paytaxt klubu rəqiblərini "Blumfild" stadionunda qəbul edir. Arenanın azarkeş tutumu 30 000 nəfər, komandanın baş məşqçisi Donis Yorqosdur. Ləqəbi "sarı şeytanlar" olan "Makkabi" 2017/2018 mövsümündə "Vilyarreal"la Avropa Liqasında eyni qrupda mübarizə aparıb. İsrail təmsilçisi səfərdə rəqibinə minimal hesabla qalib gəlib. Komanda Çempionlar Liqasının pley-offunda Avstriya "Zaltsburq"una uduzaraq birbaşa Avropa Liqasının qrup mərhələsində oynamaq şansı qazanıb.

I qrupunun ən gənc komandası "Sivasspor"dur. 1967-ci ildə təsis olunmuş klub, adından da bəlli olduğu kimi, Sivas bölgəsini təmsil edir. Komanda ev matçlarını 27 500 nəfərlik "Sivas 4 Eylül (snetyabr)" stadionunda keçirir. Rıza Çalımbayın başçılıq etdiyi komandanın ləqəbi "igidlər"dir. Kolektiv ötən mövsüm Türkiyə Super Liqasını 4-cü sırada başa vurub. 3-cü pillənin sahibi "Trabzonspor" avrokuboklardan kənarlaşdırıldığı üçün sivaslılar birbaşa qrupa vəsiqə qazanıblar.

Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək. (report.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 May 2024
21:45

"Beşiktaş" ulduzu ilə bağlı qərarını verdi

20:49

Usiklə Fyuri arasında revanş döyüşünün yeri və vaxtı bilindi

19:50

"Acam və komandamla tarix yazmaq istəyirəm" - Mbappe hədəfini açıqladı

19:11

II Liqa uğrunda pley-off mərhələsinin ilk duelini "Hypers" qazandı

19:01

"Finallarda gözlər alov saçmalıdır" - Vinçentso İtalyano 

18:31

"Səbail" Şahin Diniyevlə müqavilə yenilədi - RƏSMİ

17:52

AÇ-2024: Polşa millisinə 29 futbolçu çağırıldı

17:50

AL: Mövsümün ən yaxşı qolu seçildi - Siyahıda "Qarabağ"ın da adı var idi

17:23

PFL bombardirləri mükafatlandırdı

17:07

"Araz-Naxçıvan" sabiq "Neftçi"lini də heyətinə qatdı - RƏSMİ

16:50

Dzyuba "Lokomotiv"dən getdi - RƏSMİ

16:32

Murad Musayev "Krasnodar"la müqavilə yenilədi

16:15

"Barselona"nın baş məşqçisi açıqlandı - RƏSMİ

15:57

"Araz-Naxçıvan" 4 legioneri ilə yollarını ayırdı - EKSKLÜZİV

15:39

İPL klubu türk hücumçu ilə 4 illik müqavilə bağladı - RƏSMİ

15:21

Mendilibar KL-in finalından öncə belə danışdı

15:03

“Araz-Naxçıvan” "Qəbələ"nin daha bir oyunçusu ilə anlaşdı

14:50

"Neftçi"nin daha bir futbolçusu milliyə dəvət aldı

14:33

Bağırov vaxtında getsəydi... - Ona daha bir şans lazımdır

14:16

Məşhur futbolçudan etiraf: "Ləyaqətimi itirdim"

13:58

Urfan Abbasov “Araz-Naxçıvan”da

13:31

"Qarabağ"dan 16 illik rekord

13:15

AFFA iki komandaya texniki məğlubiyyət verdi

12:58

"Ən yaxşı xatirələrimdən bəziləri onların hekayələrini dinləməkdir"

12:40

"Bayern" Kompaninin təyinatını bu tarixdə açıqlayacaq - Detallar

12:21

"Neftçi"nin futbolçusu milliyə dəvət aldı

12:03

Kassano İnzagini böyük məşqçi saymır: "Bunu haqq etmirdi"

11:45

Olimpiadaya iştirak hüququ qazanan 12 cüdoçudan 9-u gedəcək

11:29

Daha bir idmançımız Paris-2024-ə lisenziya qazandı

11:14

II Liqaya vəsiqə uğrunda pley-off oyunu keçirilir - YENİLƏNİR

10:58

"Qəbələ"nin futbolçusu əməliyyat olundu - Gələn mövsümün startını buraxacaq

10:44

Azərbaycan Kubokunda finalçılar bilindi

10:25

"Araz-Naxçıvan" Elmar Baxşıyevlə bağlı qərarını verdi - RƏSMİ

10:11

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:50

Xames Rodriges La Liqaya qayıdır - Danışıqlar başladı

09:27

KL: "Olimpiakos" kubokun Yunanıstandan getməsinə imkan verəcək? - YENİLƏNİR

09:05

"Liverpul"a keçmək həyatımın ikinci ən yaxşı qərarı idi, birincisi..." - Yurgen Klopp 

01 Yanvar 1970
04:00

28 May 2024
21:30

Tyaqo Mottanı əvəz edəcək mütəxəssis bilindi

20:34

"Turan Tovuz" Ayxan Abbasovla yolları ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X