FIFA milli komandaların yeni reytinq cədvəlini saytından çıxarıb.
Fanat.Az xəbər verir ki, quruma üzv olan federasiyalara göndərilmiş məktubda səbəb kimi argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın vəfatı göstərilib.
Yeni reytinq siyahısının nə zaman bərpa olunacağı ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Azərbaycan millisi noyabr reytinqində 5 pillə irəliləyərək, 109-cu mövqedə qərarlaşıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol