
Yeni mövsümdə "Kəpəz"in sabiq baş məşqçisi Azər Bağırovun rəhbərliyi altında mübarizə aparacaq "Şamaxı" gənc müdafiəçi Sənan Muradlını heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "aslanlar"ın mətbuat xidməti yayıb.
Şamaxı təmsilçisi arxa xətt oyunçusunu "Sumqayıt"dan icarəyə götürüb.
20 yaşlı futbolçu ilə müddəti 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.