Millətlər Liqasının final mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə 2020/21 mövsümündə A liqasında qrup qalibi olan 4 komanda yarımfinal cütləri təşkil edib.
2021-ci ilin oktyabrında İtaliyada baş tutacaq həlledici raundun ilk oyununda meydan sahibinin yer aldığı cüt qüvvəsini sınayacaq. Bu görüş ayın 6-da keçiriləcək.
Ertəsi gün digər yarımfinal oyunu təşkil olunacaq. Oktyabrın 10-da isə 3-cü yer uğrunda qarşılaşma və final oynanılacaq.
Millətlər Liqası
Yarımfinal
6 oktyabr
İtaliya - İspaniya
7 oktyabr
Belçika - Fransa
10 oktyabr
3-cü yer uğrunda oyun
10 oktyabr
Final
Qeyd edək ki, turnirin ilk qalibi Portuqaliya olub.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol