Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş DÇ-2022-nin seçmə qrup mərhələsinin püşkünü dəyərləndirib.
Fanat.Az xəvər verir ki, baş məşqçi bunları deyib:
"Püşkatma təhlil üçün deyil, onlarla oynamaq və qalib gəlmək üçündü. Bizim üçün çətinlik olmamalıdı. AVRO-2020-nin seçmə mərhələsində Serbiya ilə oynamışıq. Düzdü, əvvəl onlarla, sonra Ukrayna ilə heç-heçələrlə işimizi çətinləşdirmişdik. Əsas yaxşı hazırlaşmaqdı. Həm də təqvim uğurlu olmalıdı. Dünya çempionu adına iddia etmək üçün mərhələni adlamalıyıq. Portuqaliya böyük favoritdi".
Qeyd edək ki, Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq və Azərbaycan yığmaları A qrupunda yer alacaq.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol