"Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə klubun qış fasiləsində transfer planının olmadığını açıqlayıb. Fanat.az xəbər verir ki, klub rəsmisi komandanın qışda keçəcəyi hazırlıq dövrü ilə bağlı məlumat verib:
"Qış transfer dövründə heç bir transfer olmayacaq. Komandamız fasilədən sonra da eyni heyətlə yoluna davam edəcək. Məlum olduğu kimi, yanvarın 12-dən 27-nə kimi Antalyada hazırlıq dövrü keçəcəyik. Bu müddət ərzində 4 hazırlıq oyunumuz olacaq. Bunlardan 3-nün hansı kluba qarşı olacağı artıq dəqiqləşib. Albaniyanın “Partizani”, Türkiyənin “Fənərbaxça” və Qazaxıstanın “Aktobe” klubları “Neftçi” ilə hazırlıq matçı keçirəcəklər. 4-cü klubun adı isə hələki məlum deyil".
qafqazinfo.az