"Neftçi" son üç mövsümün çempionudu və hədəf yenə birincilikdi. Mən isə hazırki şəraitdə komandanı çempion edəcəyimi düşünmürəm. Ona görə də bu gün istefa ərizəmi klub prezidentinə təqdim etdim". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"dən istefa verən Nazim Süleymanov deyib.
Süleymanov klubun rəsmi saytına açıqlamasında Sadıq Sadıqova təşəkkür edib: "Neftçi" də çalışdığım müddətdə işimə heç kim tərəfindən müdaxilə olmayıb və qısa müddətdə birgə işlədiyim bütün kollektivə təşəkkür edirəm. Klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm ki, mənim qərarımı anlayışla qarşıladı. Mənim üçün hər zaman doğma olan "Neftçi"yə gələcək oyunlarda uğurlar arzu edirəm".
Fanat.az