21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsində qarşılaşacağı ilk rəqib müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Milan Obradoviçin başçılıq etdiyi kollektiv A qrupunda birinci matçını Norveç yığmasına qarşı keçirəcək.
Görüş bu il iyunun 6-da səfərdə baş tutacaq. Yığmanın Avstriya və Xorvatiya ilə oyunları isə həmin ilin oktyabr ayına təsadüf edəcək. Qarşılaşmaların dəqiq tarixi bilinmir.
Qeyd edək ki, millinin qrupunda Norveçlə yanaşı, Xorvatiya, Avstriya, Finlandiya və Estoniya seçmələri də yer alıblar.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol