Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, yığma D qrupundakı 7-ci matçında Bakıda İspaniya ilə üz-üzə gələcək. "ASK Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq.
Bunadək keçirdiyi 6 oyunda xal qazana bilməyən Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb. İspaniya yığması isə 6 görüşdən 16 xalla zirvədədir. Bu komandalar arasında ilk matç ispaniyalıların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yığma qrupdakı son matçını fevralın 23-də evdə Moldovaya qarşı keçirəcək
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol