Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, İtaliyanın "Roma" klubunun qapıçısı Pau Lopes həftənin ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. O, komandasının Niderland "Ayaks”ı ilə səfər oyununda 2:1 hesablı qələbədə əsas pay sahiblərindən biri olub. 27 yaşlı qolkiper bu qarşılaşmada 8 qurtarış edib.
Həftənin ən yaxşısı adına "Slaviya”dan (Praqa, Çexiya) Tomaş Holeş, "Mançester Yunayted”dən Bruno Fernandes və "Vilyarreal”dan (İspaniya) Jerar Moreno da namizəd idi.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol