Azərbaycan Premyer Liqasının startına sayılı günlər qalıb.
Maraqlıdır, klublarımızın ev oyunlarını keçirdiklərini stadionların ot örtüyü yeni mövsümə hazırdırmı?
Fanat.Az mütəmadi olaraq klublarımızla əlaqə yaradıb stadionların vəziyyəti barədə son məlumatları diqqətinizə çatdıracaq.
"Sumqayıt" klubunun mətbuat xidmətindən aldığımız xəbərə görə, "Kapital Arena"nın ot örtüyü Azərbaycan Preymer Liqasının yeni mövsümünə hazırdır:
"Bizdə bu məsələ ilə "Aqrosport" şirkəti məşğul olur. "Kapital Arena"da təbii ot örtüyü olan - əsas və məşq üçün nəzərdə tutulan iki meydançamız var. Hər iki meydança ideal vəziyyətdədir. "Çukariçki" ilə avrokubok oyunu keçirmişik, ın azı stadionda olanlar da meydançanın necə vəziyyətdə olduğunu görüblər. Bizim ot örtüyü ilə bağlı heç bir narahatçılığımız, heç bir problemimiz yoxdur".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə 14-15 avqustda start veriləcək. "Sumqayıt" ilk turda səfərdə "Keşlə"nin qonağı olacaq.
Röya Kərimli