Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası - Varşava "Legiya"sı Avropa Liqasının pley off mərhələsində "Slaviya" ilə cavab oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, ilk oyunda 2:2 hesablı heç-heçəyə razılaşan Polşa komandası öz meydanında 2:1 hesablı qələbə qazanaraq qrup mərhələsinə yüksəlib.
Qonaqlar ilk dəqiqələrdən azlıqda qalsa da, hesabı aça bilib. Lakin 59 və 70-ci dəqiqələrdə vurduğu qollarla dublunu rəsmiləşdirən Mahir hesabı komandasının xeyrinə dəyişməyi bacarıb.
Bu nəticə ilə Polşa təmsilçisi AL-in qrup mərhələsində oynamaq hüququ qazanıb.
"Legiya"nın "Facebook" səhifəsi futbolçumuzun ilk qolunu onun adını "MAHİROWSKIIIII" şəklində yazmaqla göstəribsə, ikinci qoldan sonra onu dublunu rəsmiləşdirməsi münasibəti ilə təbrik edib.
Mirağa