Tanınmış futbol veteranı Rövşən Əhmədov "Kəpəz" klubunda çalışacaq.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc mütəxəssis aşağı yaş qrupları üzrə seleksiyaçı məşqçi təyin olunub.
Rövşən Əhmədov futbolçu kimi "Kəpəz" ilə Azərbaycan çempionu, ölkə kubokunun qalibi adını qazanıb. O, "sarı-göylər"in heyətində çempionatın bombardiri də olub.